Xəzər Xəbər

Koordinasiya Qrupuna dəyişiklik edildi

Gündəm | 10:04 • 9 Yanvar 2019
Koordinasiya Qrupuna dəyişiklik edildi

"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında” Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli qərarında dəyişiklik edilib.

Dövlət Gömrük Komitəsinin təklifinə əsasən "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi”ndə "Şahin Ələsgərov

- Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri "Tariyel Alverdiyev

–Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi” sözləri ilə əvəz edilib.

Xəbər lenti