Xəzər Xəbər

Anar Hüseynova YÜKSƏK VƏZİFƏ VERİLDİ

Gündəm | 12:05 • 7 Yanvar 2019
Anar Hüseynova YÜKSƏK VƏZİFƏ VERİLDİ

O, indiyə qədər Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri olub

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. XəzərXəbər xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nə direktor təyin edilib.

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

Xəbər lenti