Xəzər Xəbər

Yanvarın 6-da bu ilin ilk Günəş tutulması olacaq

Gündəm | 10:28 • 4 Yanvar 2019
Yanvarın 6-da bu ilin ilk Günəş tutulması olacaq

2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından xezerxeber.az-a verilən məlumata görə, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq.

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

Xəbər lenti