Xəzər Xəbər

Bu sahələrdə işləyənlər VERGİ ÖDƏMƏYƏCƏK

Gündəm | 11:28 • 1 Yanvar 2019
Bu sahələrdə işləyənlər

Bu, bəzi sahələrdə aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçündür.

Bu gündən etibarən bəzi sahələrdə aylıq əməkhaqqı8 000manata qədər olan vətəndaşlar üçün7il müddətində gəlir vergisi üzrə100%-lik güzəşt verilir.

Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı8 000manatadək olduqda0səviyyəsində, əməkhaqqı8 000manatdan çox olduqda isə8 000manatdan çox olan məbləğin14% həcmində müəyyənləşdirilib.

Qeyd edək ki, bu qanunun 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur. (Report)

Xəbər lenti