Xəzər Xəbər

Nazirlikdən VACİB XƏBƏRDARLIQ: bu yollar BUZ BAĞLAYIB

Gündəm | 21:31 • 29 Dekabr 2018
Nazirlikdən VACİB XƏBƏRDARLIQ:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın əsas yollarında olan vəziyyətlə bağlı son məlumatı yayıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb. Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində isə yollar açıqdır.

Nazirlik dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib.

Xəbər lenti