Xəzər Xəbər

Cavid Qurbanov: `Sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır`

Gündəm | 17:27 • 29 Dekabr 2018
Cavid Qurbanov: `Sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır`

"Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik".

XəzərXəbər bildirir ki, bunu "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, qatarda xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək".

C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.

Xəbər lenti