Xəzər Xəbər

Ofisiant, bərbər və dərzilər də sabit vergi ödəyəcək - Azərbaycanda

Gündəm | 14:34 • 29 Dekabr 2018
Ofisiant, bərbər və dərzilər də sabit vergi ödəyəcək - Azərbaycanda

Ofisiantlar 30, bərbərlər 20, dərzilər 10 manat verəcək.

Bu gündən etibarən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.

XəzərXəbər xəbər verir ki, ofisiantlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ -30manat, bərbərlər20manat, dərzilər10manat müəyyən olunub.

Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla)2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə)0,5əmsalları tətbiq edilməklə müəyyən edilir.

Xəbər lenti