Xəzər Xəbər

İstanbul polisi irimiqyaslı əməliyyat keçirdi - 2 min 617 evdə axtarış aparıldı

Gündəm | 14:23 • 29 Dekabr 2018
İstanbul polisi irimiqyaslı əməliyyat keçirdi - 2 min 617 evdə axtarış aparıldı

Tutulanlar müxtəlif cinayətlərə görə cəzalara məhkum olunublar.

İstanbulda 12 saat davam edən irimiqyaslı axtartış-əməliyyat tədbirləri nəticəsində axtarışda olan 903 nəfər tutulub.

"Hurriyet”ə istinadən xəbər verilir ki, əməliyyat zamanı 2 min 617 evdə axtarış aparılıb.

Bildirilib ki, bu əməliyyatda bir ay təlim keçmiş minə yaxın polis əməkdaşı iştirak edib.

Onların aralarında 20 ilədək həbs cəzasına məhkum edilən 2 nəfər, 10 ilədək 17, 5 ilədək 73, 2 ilədək 405, habelə barələrində məhkəmənin qiyabi hökm çıxardığı 406 nəfər də var.

Axtarış-əməliyyat tədbirləri nəticəsində tutulanlar müxtəlif cinayətlərə görə cəzalara məhkum olunublar. (Report

Xəbər lenti