Xəzər Xəbər

Biz ermənilərə Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik - Cavid Qurbanov

Gündəm | 14:17 • 29 Dekabr 2018
Biz ermənilərə Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik - Cavid Qurbanov

"Arzu edirəm ki, biz bu qatarla Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək".

"Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq”.

Bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədriCavid QurbanovBakı-Gəncə sürət qatarının hərəkətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

O, bu reysi böyük hadisə adlandıraraq rəhbərlik etdiyi qurumun planlarının bununla yekunlaşmadığını qeyd edib: "Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik".

Sədr tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək arzularını çatdırıb: "Arzu edirəm ki, biz bu qatarla Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək. Biz o dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".

Tədbirdə həmçinin Gəncə hadisələrində şəhid olmuş polis polkovnikiİlqar Balakişiyevin oğlu İham Balakişiyev çıxış edib. ADY-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib. (Report)

Xəbər lenti