Xəzər Xəbər

Bu taksilərdə VAY-FAY olacaq

Gündəm | 17:26 • 28 Dekabr 2018
Bu taksilərdə VAY-FAY olacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki "Bakı Taksi Xidməti” MMC-nin xidmətində gələn ildən bir sıra yeniliklər olacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova bildirib ki, növbəti ildən xidmət keyfiyyətini artırmaq üçün ikikameralı videoqeydiyyatçının quraşdırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, bununla yanaşı, sürücülərin vahid geyim forması ilə təmin edilməsi, sifariş mərkəzinin və mobil tətbiqetmənin istifadəyə verilməsi, vay-fay xidməti ilə təchizat nəzərdə tutulur.

""Bakı Taksi Xidməti” 500 ədəd TX4 markalı "London taksi”si ilə sərnişinlərə xidmət göstərilir. Taksilərimizdə fiziki məhdudiyyəti olan insanlar üçün şərait mövcuddur. Bundan başqa, sürücü ilə sərnişin arasındakı arakəsmə təhlükəsizliyi və məxfiliyi təmin edir, sürücü ilə danışmaq üçün interkom sistemi, havalandırma və digər funksiyaların sərnişin tərəfindən idarə olunması imkanı sərnişinlərin komfortu üçün nəzərdə tutulub. Avtomobillərin hər biri taksometr cihazı ilə təchiz olunub”.

Xəbər lenti