Xəzər Xəbər

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində işləyəcək

Gündəm | 14:47 • 28 Dekabr 2018
Bayram günlərində banklar gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 dekabr – 2 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

XəzərXəbər-ə Palatadan verilən xəbərə əsasən, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 23 bankın 118 filial və şöbəsi (9 bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində olmaqla) 29 dekabr – 2 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.

Bayram günlərində Palata tərəfindən yaradılan bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaqdır.

Xəbər lenti