Xəzər Xəbər

Metropolitendən sərnişinlərə SÜRPRİZ

Gündəm | 14:14 • 28 Dekabr 2018
Metropolitendən sərnişinlərə

"Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulacaq.

Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30 da xətdə olacaq və Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək.

Xəbər lenti