Xəzər Xəbər

İki hakim vəzifəsindən azad edildi

Gündəm | 12:45 • 28 Dekabr 2018
İki hakim vəzifəsindən azad edildi
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edilib.


XəzərXəbər xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında məsələ müzakirəyə çıxarılıb.

Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar onların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti