Xəzər Xəbər

Yollarda xüsusi hərəkət zolaqları yaradılacaq

Gündəm | 12:04 • 28 Dekabr 2018
Yollarda xüsusi hərəkət zolaqları yaradılacaq
"2019-2023-cü illərdə Azərbaycanda iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının yaradılması nəzərdə tutulub”.


XəzərXəbər xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında qeyd olunub.

Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən əsas işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyidir.

Bundan başqa 2019-2023-cü illərdə Bakı şəhərində və Bakı ətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətlərinin artırılması və avtobus dayanacaq məntəqələrinin ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdirilməsi, avtobus marşrutlarının, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılması nəzərdə tutulub.

Xəbər lenti