Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

Gündəm | 09:51 • 22 Dekabr 2018
Bu günün havasından xəbəriniz olsun!
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 22-23-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 23-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi,Şuşa,Xocalı,Xocavənd,Qubadlı,Zəngilan,Laçın,Kəlbəcər, həmçininDaşkəsən-Gədəbəyrayonlarının bəzi yerlərindəhavanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir.

Qazax, Gəncə,Goranboy,Tərtər,Ağdam,Füzuli,Cəbrayılrayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Balakən,Zaqatala,Qax,Şəki,Oğuz,Qəbələ,İsmayıllı,Ağsu,Şamaxı,Siyəzən,Şabran,Xızı,Quba,Xaçmaz,Qusarrayonlarının bəzi yerlərindəhavanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olması ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir,Yevlax,Göyçay,Ağdaş,Kürdəmir,İmişli,Ağcabədi,Beyləqan,Sabirabad,Biləsuvar,Saatlı, Şirvan,Hacıqabul,Salyan,Neftçalarayonlarındahavaəsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdəhavanın dumanlı, çiskinli olacağı ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-12° isti olacağı ehtimal edilir.

Masallı,Yardımlı,Lerik,Lənkəran,Astararayonlarındahavaəsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 8-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı bildirilir.

Xəbər lenti