Xəzər Xəbər

2019-cu ilin bayram günləri açıqlandı Baş nazirdən sərəncam

Gündəm | 20:47 • 20 Dekabr 2018
2019-cu ilin bayram günləri açıqlandı

Baş nazir Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6 –sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.

Xəbər lenti