Xəzər Xəbər

Səbailin yeni başçısı müavinini dəyişdi

Gündəm | 09:22 • 14 Dekabr 2018
Səbailin yeni başçısı müavinini dəyişdi
Səbailin icra başçının müavini Abid Əliyev vəzifəsindən azad olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb. Başçının digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub. O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.


Qeyd edək ki, Abid Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.


Xəbər lenti

Çox oxunanlar