Xəzər Xəbər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz güzəşt ediləcək

Gündəm | 10:01 • 13 Dekabr 2018
Naxçıvanda tibbi xidmətlərə 20 faiz güzəşt ediləcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində vətəndaşlara göstəriləcək tibbi xidmətlərə bayram güzəştləri ediləcək.


XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, tədbir dekabr ayının 15-dən başlayacaq və 2019-cu il yanvar ayının 15-dək davam edəcək. Ay ərzində vətəndaşlara göstəriləcək tibbi xidmətlərə 20 faiz həcmində güzəştlər olunacaq.

Vətəndaşlar bu müddətdə Diaqnostika Müalicə Mərkəzində həyata keçirilən tibbi xidmətin bütün növlərindən-o cümlədən ambulator, KT, MRT, rentgen, ultrasəs, laborator müayinələrdən yararlana bilərlər. Pasiyentlərə ay ərzində stasionar müayinə-müalicə təminatı da verilir. Onlar həmçinin stomatoloji, cərrahi xidmətlərlə əhatə ediləcək və fizioterapiya təminatı alacaqlar.

Xəbər lenti