Xəzər Xəbər

Bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək

Gündəm | 12:54 • 11 Dekabr 2018
Bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək

12 dekabr Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdəavtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən verilən məlumat deyilir ki, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Xəbər lenti