Xəzər Xəbər

Azərbaycanda siqaretlə bağlı YENI QADAĞA – Sürücü və sərnişin 50 manat cərimələnəcək

Gündəm | 10:32 • 11 Dekabr 2018
Azərbaycanda siqaretlə bağlı YENI QADAĞA

"Siqareti birdəfəlik atın, getsin".

"Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvəyə minir".

XəzərXəbər xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, taksi sürücüləri və taksidən istifadə edənlər yadda saxlasınlar ki, bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barədə qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə alır.

"İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər. Yaxşısı isə budur ki, siqareti birdəfəlik atın, getsin" - deyə, hüquqşunas əlavə edib.

Xəbər lenti