Xəzər Xəbər

Yasamal bazarı söküldü

Gündəm | 11:04 • 10 Dekabr 2018
Yasamal bazarı söküldü

Bakının köhnə ticarət məkanlarından olan Yasamal bazarı sökülüb.

Abbas Mirzə Şərifzadə küçəsi ilə Dairəvi yol arasında yeni salınan avtomobil yolunun üstündə yerləşdiyi üçün bazarın sökülməsinə qərar verilib. Ağır texnika bir neçə saat ərzində bazarı və ətrafındakı tikililəri söküb.

Qeyd edək ki, Yeni Yasamal və Şamaxinkanın nəqliyyat yükünü azaldacaq yeni yol 2019-cu ildə istismara veriləcək.(publika.az)

Xəbər lenti