Xəzər Xəbər

Azərbaycanda yeni duz yataqları açılacaq

Gündəm | 17:02 • 9 Dekabr 2018
Azərbaycanda yeni duz yataqları açılacaq

İşlərə gələn ildən başlamaq planlaşdırılır.

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır.

Bu barədə "Naxçıvan Duz İstehsalı" MMC-nin direktoru Anar Əsədullayev bildirib.

Direktorun sözlərinə görə, işlərə gələn ildən başlamaq planlaşdırılır: "İşlərin dəqiq olaraq hansı ay başlayacağını söyləmək çətindir, hər şey hazırda mütəxəssislər tərəfindən dağlıq duz yatağı ərazisində aparılan tədqiqatların nəticələrindən asılı olacaq".

O bildirib ki, MMC-nin orta müddətli planlarına Naxçıvan duzunun satışı üzrə yeni mərkəzlərin açılışı daxildir: "Satışların əsas mərkəzi Bərdədə yerləşir, amma biz həmçinin yaxın yarım ildə satış nöqtələrinin şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Hesablamalarımıza görə, belə mərkəzlərin daha çox Azərbaycanın şimal və cənub regionlarında açılması gözlənilir".

Qeyd edək ki, "Naxçıvan Duz İstehsalı" MMC xörək duzu və texniki duz istehsal edir.(trend.az)

Xəbər lenti