Xəzər Xəbər

Cinayət Məcəlləsinə VACİB DƏYİŞİKLİK qüvvəyə mindi Məsuliyyətdən azad olmaq üçün...

Gündəm | 12:50 • 9 Dekabr 2018
Cinayət Məcəlləsinə VACİB DƏYİŞİKLİK qüvvəyə mindi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə edilmiş dəyişikliyi təsdiq edib.

XəzərXəbər xəbər verir ki, maddənin "Qeyd” hissəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilib:

"Bu məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.”.

Qeyd edək ki, daha əvvəl işəgötürənin işsizlikdən sığorta haqlarını tamamilə ödəməsi nəzərdə tutulmurdu. Beləliklə işəgötürən şəxs cinayət məsuliyyətindən azad olmaq üçün həm də işə götürdüyü şəxsin işsizlikdən sığorta edilməsi ilə bağlı ödənişləri də tam yerinə yetirməli olacaq.

Dəyişiklik artıq qüvvəyə minib.

Xəbər lenti