Xəzər Xəbər

“Regionlarda lider qadınlar olmalıdır” - Ombudsman

Gündəm | 11:33 • 26 Noyabr 2018
“Regionlarda lider qadınlar olmalıdır” - Ombudsman
"Qadınlara güzəştli kreditlərin verilməsi vacibdir. Regionlarda qadınların fəallığı artırılmalı, lider qadınlar yetişdirilməlidir"

Bunu "Qadınlara və qızlara qarşı zorakılığa son” 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Ombudsman Elmira Süleymanova deyib. O qeyd edib ki, Azərbaycanda parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsinin artırılması lazımdır.

Növbəti parlament və bələdiyyə orqanlarına seçkilərdə qadınlara dəstək göstərməyə hazır olduğunu deyən Ombudsman hesab edir ki, ötən dövrdə parlament və bələdiyyə orqanlarında qadınların təmsilçilik faizi artsa da, bunu yetərli saymaq olmaz. 

Ombudsman iqtisadi sahədə qadınların fəallığının artırılmasını, sahibkarlıqla məşğul olan qadınların sayının çoxalmasını vacib sayıb.

Xəbər lenti