Xəzər Xəbər

Bu il Azərbaycandan keçən nəqliyyat yüklərinin həcmi AÇIQLANDI

Gündəm | 16:28 • 23 Noyabr 2018
Bu il Azərbaycandan keçən nəqliyyat yüklərinin həcmi AÇIQLANDI

"Bu il Azərbaycandan keçən nəqliyyat yüklərinin həcmi 10 mln ton təşkil edib”.

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına dair bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, yüklərin 2 mln tonunu qeyri-neft, qalanını isə neft məhsulları təşkil edir:

"Daşımaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artım olub. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yük daşımalarının həcmi 100 dəfəyə yaxın artıb. Türkmənistandan keçməklə 9 ay ərzində qeyri-neft sektoruna aid 190 min, neft sektoru üzrə 4 milyon ton yük Azərbaycandan daşınıb. Nəqliyyat dəhlizinin təşviqi istiqamətində bir sıra işlər həyata keçirilir".

Nazir həmçinin Gəncədən Gürcüstan sərhədinədək müasir standartlara cavab verən avtomobil yolunun tikintisinin başa çatacağı vaxtı açıqlayıb: "Bakıdan Batumiyə kimi müasir standartlara cavab verən yol 2021-ci ildə hazır olacaq. Şimal istiqamətində ikinci yol 2021-cu ildə istifadəyə veriləcək. Beləliklə, şimal sərhədlərindən cənub sərhədlərinə kimi müasir A kateqoriyalı yol istifadədə olacaq”.

Xəbər lenti