Xəzər Xəbər

Azərbaycana yeni tipli qaz sayğacları gətirildi: “Telefonla yükləmək olacaq” - Açıqlama

Gündəm | 12:28 • 23 Noyabr 2018
Azərbaycana yeni tipli qaz sayğacları gətirildi:

Sayğaclar hazırda iki sınaq mərhələsindən keçirilib

Son vaxtlar qaz sayğaclarının sıradan çıxması ilə bağlı şikayətlər tez-tez eşidilir. Abobildirirlər ki, yeni sayğac üçün "AzəriQaz”a müraciət etsələr də, müsbət cavab ala bilmirlər.

"AzəriQaz”ın Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bildirib ki, artıq Azərbaycana yeni tip qaz sayğacları gətirilib:

"Yeni sayğaclar bir sıra üstün xüsusiyyətlərinə görə əvvəlki qaz sayğaclarından fərqlənir. Bu sayğaclarda vətəndaşların ödəniş imkanları daha da asanlaşacaq. Yeni sayğacların əvvəlkilərdən fərqli olaraq, üzərində işıqlandırma sistemi, mobil telefon vasitəsilə ödənişlərin aparılması kimi yenilikləri olacaq. Yəni kartsız telefonu sayğaca yaxınlaşdırmaqla ödəniş etmək mümkünləşəcək. Bunun üçün abonent telefonuna xüsusi proqram yükləməlidir”.

İ.Kərbəlayev qeyd edib ki, sayğaclar hazırda iki sınaq mərhələsindən keçirilib, birinci sınaq mərhələsində olan çatışmazlıqlar aradan qaldırılıb:

"Onu da bildirmək istərdim ki, sayğacların dəyişdirilməsi kütləvi şəkildə olmayacaq. İstismar müddəti başa çatmış, yararsız sayğaclar yeni qaz sayğacları ilə əvəzlənəcək”./AzNews.az

Xəbər lenti