Xəzər Xəbər

Rusiya XİN-dən azərbaycanlı əsirlərin dəyişdirilməsinə münasibət

Gündəm | 13:42 • 22 Noyabr 2018
Rusiya XİN-dən azərbaycanlı əsirlərin dəyişdirilməsinə münasibət
Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir.


XəzərXəbər xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Jurnalistin"bir müddət əvvəl Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə "hamının–hamıya” prinsipi üzrə Ermənistanla bütün əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi kimi sülhpərvər təşəbbüslə çıxış edib. Və beynəlxalq qrup məsələ ilə bağlı tərəflərin görüşünü plamlaşdırmışdı. Lakin Ermənistan əsirlərin bu prinsip üzrə qaytarılmasından imtina etdi. ATƏT-in Minsk qrupunun həmsədri kimi Moskva İrəvanın bu addımını necə şərh edərdi?”sualına Zaxarova cavab verib.

"Bilirsiniz, biz tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi başlıca vəzifəyə uyğun olan istənilən anlaşmanı təqdir edirik. Lakin anlaşmalar razılığı və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də (Azərbaycanın) bu cür təşəbbüslər(i) çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir” – deyə XİN rəsmisi vurğulayıb.

Xəbər lenti