Xəzər Xəbər

İki ölkə arasında gərginlik! 100%-ə qaldırıldı

Gündəm | 12:24 • 22 Noyabr 2018
İki ölkə arasında gərginlik!

İki Avropa ölkəsi arasında gərginlik pik həddə qalxıb

Kosova Nazirlər Kabineti, Serbiyaya tətbiq etdiyi 10%-lik gömrük vergisini 100%-ə qaldırıb.

Türkiyə mediası xəbər verir ki, Kosova, düşmən siyasəti yeritdiyinə görə Serbiyanın gömrük vergisini 100%-ə qaldırıb.

Sənaye və Ticarət naziri Endrit Şalanın Serbiya və Bosniya və Herseqovinadan gətirilən mallara qoyulan vergini 100%-ə çıxarmaq təklifi Kabinet üzvləri tərəfindən qəbul edilib.

Nazir Şala, Kosova və Metohiya yazılan bütün malların bazardan yığışdırılmasını istəyib.

Bu qərarının səbəblərindən biri, Kosovanın, İnterpola üzvlük üçün etdiyi müraciətin rədd edilməsində Serbiyanı günahkar hesab etməsidir.

Serbiya isə gömrük vergiləri azaldılmazsa, Kosova ilə dialoqlara davam etməyəcəyini bildirib.

AzNews.az

Xəbər lenti