Xəzər Xəbər

"Üçtərəfli əməkdaşlıq regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir"

Gündəm | 14:40 • 21 Noyabr 2018
"Üçtərəfli əməkdaşlıq regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir"

Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir.

Xezerxeber.az xəbər verir ki, bunu noyabrın 21-də Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

Gürcüstanın üçtərəfli birgə hərbi təlimlərdə fəal iştirak edəcəyini deyən V.Çaçibaia bildirib ki, bu təlimlər hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, hərbi təhsil və digər sahələrdə də fəal əməkdaşlıq edəcəyik.

Regionda təhdidlərin artmasının müşahidə olunduğunu vurğulayan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, səylərimizi birləşdirərik bu təhlükələri aradan qaldıra bilərik. Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, çətin günlərimizdə yanımızda olub. Biz bunu daim xatırlayırıq.

Xəbər lenti