Xəzər Xəbər

Azərbaycanın müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib

Gündəm | 11:16 • 21 Noyabr 2018
Azərbaycanın müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Xəbər lenti