Xəzər Xəbər

Ümumordu iməciliyi keçiriləcək

Gündəm | 10:12 • 19 Noyabr 2018
Ümumordu iməciliyi keçiriləcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində noyabrın - 24-ü park təsərrüfat günündə iməcilik təşkil olunacaq.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, ərazilərin tullantılardan təmizlənməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, eləcə də yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Xəbər lenti