Xəzər Xəbər

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Gündəm | 18:12 • 16 Noyabr 2018
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində istirahət günlərində - noyabrın 17-18-də gözlənilən hava proqnozunu açıqlayıb.


Departamentdən xezerxeber.az-a bildiriblər ki, Böyük və Kiçik Qafqaz bölgəsində gündüz saatlarında hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13°, dağlıq rayonlarda 4-9° isti olacaq.


Lənkəran-Astara bölgəsinin bəzi yerlərində noyabrın 17-də arabir yağış yağacağı, noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Havanın maksimal temperaturunun 11-14°, dağlıq rayonlarda 8-11° isti olacağı proqnozlaşdırılır.


Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, noyabrın 17-də çiskin olacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 12-17° isti olacağı bildirilir.


Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 10-15° isti olacağı ehtimal edilir.


Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.


Havanın maksimal temperaturu 13-16° isti olacaq.

Xəbər lenti