Xəzər Xəbər

Saxta əlillərin işinə yenidən baxılacaq

Gündəm | 13:44 • 8 Noyabr 2018
Saxta əlillərin işinə yenidən baxılacaq
"Əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində müayinədən keçirlər. Əlilliyin təyin edilməsi ilə bağlı mütərrəqi addımlar atılıb, geriyə qayıtmaq olmaz, daha da təkmilləşdirmək lazımdır”.


XəzərXəbər xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, hazırda əliliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb:

"Pensiya təminatı sistemində əlillərin sayı 30 faiz üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Diqqət etsəniz, görərsiniz ki, onların arasında II və III qrup əlillərin sayı çoxdur. Çünki onlar əlillik alıblar ki, pensiya təminatından istifadə etsinlər. Siz deputatların, ötən ilin iyulun 1-də qanuna etdiyiniz dəyişikliyə əsasən, II və III qrup əlillər bu imkanı əldə etmirlər. Hazırda II və III qrup əllik təyin edilən insanların sayı minimumdur. Onlar minimum sığorta kapitalı yığmasalar, həmin insanlara pensiya təyin edilmir. I qrup əlliliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əliliyinə yenidən baxılacaq”.

Xəbər lenti