Xəzər Xəbər

Ölkə üzrə ezamiyyə xərcləri artırılır

Gündəm | 14:08 • 7 Noyabr 2018
Ölkə üzrə ezamiyyə xərcləri artırılır
"Ölkə üzrə ezamiyyə xərclərinin artırılması nəzərdə tutulur. Bu məsələyə vaxtaşırı baxılır”.


Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Milli Məclisin İşlər İdarəsi tərəfindən Maliyyə Nazirliyinə müvafiq dəqiqləşmələr üçün məlumatlar təqdim olunub: "Biz bunları nəzərdən keçiririk”.

Qeyd edək ki, deputat Fəzail Ağamalı Milli Məclisə ayrılan ezamiyyə xərclərinin çox az olduğunu deyib.

"Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamnetlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”./azvision.az

Xəbər lenti