Xəzər Xəbər

Prezident Hüseyn Nəcəfova yüksək VƏZİFƏ VERDİ

Gündəm | 18:53 • 6 Noyabr 2018
Prezident Hüseyn Nəcəfova yüksək VƏZİFƏ VERDİ

Prezident İlham Əliyev Fərid Abdinbəyovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fərid Şamil oğlu Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbər lenti