Xəzər Xəbər

Müdafiə Nazirliyi: Ermənistan Müdafiə Nazirliyi ilə heç bir rabitə yoxdur

Gündəm | 18:06 • 6 Noyabr 2018
Müdafiə Nazirliyi:

Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərdə qeyd olunub ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: "Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Qeyd edək ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan noyabrın 6-da bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb.


Xəbər lenti