Xəzər Xəbər

Əsgər valideynlərinin nəzərinə!

Gündəm | 14:52 • 5 Noyabr 2018
Əsgər valideynlərinin nəzərinə!

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkəcəklər.


"Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.


Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xəbər lenti