Xəzər Xəbər

Gündüz Bakıda 18 dərəcə isti olacaq

Gündəm | 11:37 • 5 Noyabr 2018
Gündüz Bakıda 18 dərəcə isti olacaq

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 4-7 dərəcə isti təşkil edəcək.

Xəbər lenti