Xəzər Xəbər

Düşmən atəşkəs rejimini 28 dəfə pozub

Gündəm | 09:45 • 4 Noyabr 2018
Düşmən atəşkəs rejimini 28 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.


Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Seyidli, Novruzlu, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti