Xəzər Xəbər

Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Gündəm | 14:17 • 2 Noyabr 2018
Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir
Noyabrın 2-də Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.


XəzərXəbər xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iclasda iştirak edir.

Ənənəvi olaraq iclas iki formatda keçiriləcək. Nümayəndə heyətləri rəhbərlərinin məhdud tərkibdə görüşündə iqtisadi sahədə əməkdaşlığın aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

MDB Hökumət Başçıları Şurasının iclasında üzv ölkələr arasında bir sıra məsələlər, o cümlədən iqtisadi, maliyyə və humanitar məsələlər müzakirə ediləcək.

İclasda MDB üzv dövlətləri arasında vergi idarəçiliyi üzrə elektron informasiya mübadiləsi haqqında Protokolun imzalanması nəzərdə tutulub.

Xəbər lenti