Xəzər Xəbər

Bərk məişət tullantılarının daşınmasında YENİLİK

Gündəm | 13:49 • 2 Noyabr 2018
Bərk məişət tullantılarının daşınmasında YENİLİK

Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması sisteminin təkmilləşdiriləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiyada qeyd edilib.

Strategiyada Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti zamanı əmələ gələn bütün növ tullantıların zərərsizləşdirilməsi məqsədilə Bakı şəhərinin Sabunçu rayonunda müvafiq infrastrukturun yaradılacağı bildirilib.

Bakı şəhərinin ərazisində yaranan söküntü və tikinti tullantılarının utilizasiyası məqsədilə müvafiq infrastrukturun yaradılacaq.

Bölgələrdə sanitariya poliqonlarının və ötürücü məntəqələrin layihələndirilməsi və tikintisi həyata keçiriləcək.Xidmətin əhatə dairəsi bütün yaşayış məntəqələrinə doğru genişləndiriləcək, bu sahə yeni texnika və tullantı konteynerləri ilə təchiz ediləcək.

Sahənin maddi-texniki bazasının gücləndirililəcək, yeni infrastruktur obyektləri inşa ediləcək, müasir texnika və avadanlıqla təchizatın təmin olunacaq.

Bundan başqa strategiyada bildirilir ki, bərk məişət tullantılarının idarə edilməsinə dövlət büdcəsindən ayrılan subsidiyaların tədricən azaldılacaq, yeni tarif sistemi və yığım mexanizmləri tətbiq ediləcək.

Müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görüləcək.

Xəbər lenti