Xəzər Xəbər

Bu axşam hava necə olacaq? - PROQNOZ

Gündəm | 15:09 • 1 Noyabr 2018
Bu axşam hava necə olacaq? -

Bu gün axşam saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında axşam saatlarında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 14-16, dağlarda 5-7 dərəcə isti təşkil edəcək.

Xəbər lenti