Xəzər Xəbər

"Dövlət hər bir fermerə dəstək göstərir" - Nazir

Gündəm | 10:24 • 1 Noyabr 2018
"Dövlət hər bir fermerə dəstək göstərir" - Nazir
"Son illər aqrar sahənin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektoruna göstərilən diqqət nəticəsində aqrar sahə bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub"

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, fermerlərə və kəndlilərə diqqət və qayğı göstərilir: "Çalışacağıq ki, aqrar sahədə bu günə qədər olan uğurları davam etdirək".

İ.Kərimov, həmçinin qeyd edib ki, bu ilin 9 ayında kənd təsərrüfatı məhsullarının həcmi 4,3 %, bitkiçilik 5,3%, heyvandarlıqda isə 3% faiz artım müşahidə edilib.

"İlin sonuna kimi bu göstərici daha da artacaq. Hazırda kənd təsərrüfatı sahələrində qızğın məhsuldarlıq dövrüdür. Pambıqçılıq və tütünçülük sahəsində yüksək məhsuldarlıq əldə edilir. Dövlət hər bir fermerə dəstək göstərir".

Xəbər lenti