Xəzər Xəbər

Ordu üçün yığılan vəsait açıqlandı

Gündəm | 10:18 • 1 Noyabr 2018
Ordu üçün yığılan vəsait açıqlandı
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, bu ilin noyabrın 1-dək fonda 94.727.254,86 manat, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.

Xəbər lenti