Xəzər Xəbər

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Gündəm | 10:11 • 1 Noyabr 2018
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.


XəzərXəbər xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üstünə tər çiçəklər düzülüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Xəbər lenti