Xəzər Xəbər

Nazirlər Kabinetinin Ehtiyat Fonduna 100 milyon manat ayrılır

Gündəm | 09:38 • 1 Noyabr 2018
Nazirlər Kabinetinin Ehtiyat Fonduna 100 milyon manat ayrılır

Nazirlər Kabinetinin Ehtiyat Fonduna ayrılacaq vəsaitin həcmi bəlli olub.

2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ( dövlət büdcəsinin) Ehtiyat Fonduna ayrılacaq vəsaitin həcmi bəlli olub.

Bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ( dövlət büdcəsinin) Ehtiyat Fonduna 100000 min manat vəsaitin ayrılması proqnozlaşdırlır.

Nazirlər Kabineti Ehtiyat Fondundan vəsait ayrılmasına dair təqdim edilən əsaslandırıcı sənədləri araşdırdıqdan sonra, Ehtiyat Fondundan vəsaitin ayrılması məsələsinə baxır və zəruri hallarda qərar (sərəncam) qəbul edir.

Ehtiyat Fondundan ayrılmış vəsait yalnız Nazirlər Kabinetinin qərar və sərəncamında göstərilən məqsədlərə yönəldilir.

Nazirlər Kabinetinin qərar və sərəncamında verilmiş tapşırıqlara əsasən Ehtiyat Fondundan vəsaitin ayrılması Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada icra edilir.(modern.az)

Xəbər lenti