Xəzər Xəbər

Təhsil naziri əmr imzaladı

Gündəm | 10:38 • 31 Oktyabr 2018
Təhsil naziri əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov "Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.

XəzərXəbər Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqə 12-14 fevral 2019-cu il tarixlərində keçiriləcək. Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. "Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Xəbər lenti