Xəzər Xəbər

Naxçıvanda bu alimin irsi tədqiq ediləcək Vasif Talıbov sərəncam imzaladı

Gündəm | 09:57 • 30 Oktyabr 2018
Naxçıvanda bu alimin irsi tədqiq ediləcək

Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulub, dövrünün görkəmli alimlərindən təhsil alıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncam imzalayıb.

Sərəncamda orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verdiyi, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazandığı qeyd olunur. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulub, dövrünün görkəmli alimlərindən təhsil alıb, dünyəvi və dini elmlərə dərindən yiyələnib.

Zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə V. Talıbov sərəncamda qeyd edib:

"Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin. (qafqazinfo)

Xəbər lenti