Xəzər Xəbər

Bu rayonlarda da “ASAN xidmət” mərkəzləri olacaq

Gündəm | 09:23 • 30 Oktyabr 2018
Bu rayonlarda da “ASAN xidmət” mərkəzləri olacaq
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Şəki "ASAN Həyat” kompleksinin açılış mərasimində iştirak edib. Dövlət başçısı kompleksin əməkdaşları ilə görüşündə bildirib ki, gələn il daha beş belə mərkəz istifadəyə veriləcək.


XəzərXəbər-in məlumatına görə, yeni "ASAN xidmət" mərkəzləri Tovuz, Ağcabədi, Kürdəmir, Cəlilabad və Şamaxı rayonlarında inşa ediləcək.

Qeyd edək ki, hazrda ölkəmizdə 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digər 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli və Şəki şəhərlərində yerləşir.

Xəbər lenti