Xəzər Xəbər

İran səfirliyi: “Nazmehr”dəki zəhərlənmə nəticəsində ölənlərin meyitləri ailələrinə göndərilib

Gündəm | 11:06 • 22 Oktyabr 2018
İran səfirliyi: “Nazmehr”dəki zəhərlənmə nəticəsində ölənlərin meyitləri ailələrinə göndərilib

Bir neçə gün əvvəl İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin meyitləri öz ölkələrinə göndərilib.


Xezerxeber.az bildirir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat veriblər.


Səfirlikdən bildiriblər ki, "Nazmehr” quru yük gəmisində zəhərlənmə nəticəsində dünyasını dəyişən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) meyitləri ötən gecə İrana, öz ailələrinə göndərilib.


Səfirlik qeyd edib ki, gəmidə zəhərlənən digər 8 nəfər isə hələ Azərbaycanı tərk etməyiblər. "Nazmehr” gəmisi də Xəzərin Azərbaycan sularındadır.


Xatırladak ki, oktyabrın 19-da gecə saat 03 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Xəbər lenti